- Baxış sayı: 22
- 27 Noyabr 2024 19:47
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Türkiyənin “Ərzurumspor” klubu 18 ildən sonra superliqaya qayıdıb. Allsport.az saytı xəbər verir ki, Şərqi Anadolu şəhəri Azərbaycana yaxın ərazidə yerləşdiyindən, “qartallar”ın oyununu izləmək azarkeşlərimiz üçün münasib olacaq.
Ümumən, bu komanda futbolsevərlərimizə çox tanışdır. Azərbaycanlı mütəxəssis Ruslan Abdullayev 1999-2000-ci il mövsümündə “Ərzurumspor”un baş məşqçisi olub. Ona heyəti gücləndirmək söz verilsə də, buna yetərincə əməl olunmayıb.
Nəticədə, zəif çıxış edən “ağ-mavilər”in səfərdə “Qalatasaray”a 0:7 yenildiyi oyundan sonra, həmyerlimiz istefa verib. Həmin matçda Mario Jardel 5, Georgi Hacı 2 qol vurmuşdu.