- Baxış sayı: 5
- 30 Mart 2026 14:48
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“İnter”in və İtaliya millisinin mərkəz müdafiəçisi Alessandro Bastoni karyerasını “Barselona”da davam etdirmək barədə qərar qəbul edib.
Allsport.az xəbər verir ki, 26 yaşlı futbolçu artıq bu transferə razılıq verib və klublar arasında rəsmi danışıqların başlamasını dəstəkləyib.
İtaliyalı müdafiəçinin Milan klubu ilə müqaviləsi 2028-ci ilə qədər olsa da, kataloniyalıların ona olan ciddi marağı keçidi reallaşdıra bilər.
“Transfermarkt” portalı Bastoninin bazar dəyərini 70 milyon avro qiymətləndirir. Cari mövsümdə “İnter”in heyətində 35 matça çıxan müdafiəçi 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.