“Bavariya”da yeni müdafiəçi

“Ştutqart”ın və Yaponiya millisinin müdafiəçisi Hiroki İto karyerasını “Bavariya”da davam etdirəcək.

Allsport.az xəbər verir ki, tərəflər arasında 5 illik müqavilə imzalanıb və bu müqavilə futbolçunun tibbi müayinədən keçdikdən sonra qüvvəyə minəcək.

Müqavilə Münhen komandasının yeni baş məşqçisi Vinsent Kompani tərəfindən təsdiqlənib. “Bavariya” 30 milyonluq təzminat ödəyərək futbolçunu alacaqlarına razılaşıb.

Həmin kateqoriyadan