Yetirməsini “Şalke”yə icarəyə verib

Allsport.az saytı xəbər verir ki, “cənub ulduzları” 19 yaşlı Yusuf Qabadayı ilə peşəkar müqavilə imzalayıb. Cinah oyunçusu ilə Münhen klubu arasındakı müqavilə 2025-ci ilə qədərdir.

Bundan sonra “Bavariya” onu 2023/24 mövsümünün sonuna kimi “Şalke”yə icarəyə göndərib.

19 yaşlı Yusuf ötən mövsüm Münhen təmsilçisinin əvəzedici komandasında çıxış edib və burada ümumilikdə 38 Bavariya Regionalliqasında çıxış edib və 13 qol vurub.

Əvvəlcə o, Türkiyəni beynəlxalq səviyyədə təmsil edib, lakin bundan sonra Almaniya yığmasında oynamaq qərarına gəlib – hazırda U-19 millisinin oyunçusudur.

Həmin kateqoriyadan