“Bayer-04” tarixində 2-ci dəfə

“Bayer-04” Avropa liqasının 1/8 final mərhələsinin ilk oyununda “Qarabağ”la heç-heçə edib.

Allsport.az xəbər verir ki, ilk hissədən sonra 0:2 hesabı ilə məğlub olan “əczaçılar” ikinci hissədə 70-ci dəqiqədə Florian Virtsin və əlavə olunmuş dəqiqədə hücumçu Patrik Şikin vurduğu qollar sayəsində məğlubiyyətdən yaxa qurtara bildilər.

Bu, tarixdə ikinci dəfədir ki, Leverkuzen komandası Avropa liqası və ya UEFA kuboku matçında 2 top geridə olduqları halda uduzmamağı bacarıb. İlk dəfə bu, 2018/19 mövsümündə qrup mərhələsində Bolqarıstanın “Ludoqorets”i ilə oyunda baş vermişdi, o zaman 2 qol buraxan “Bayer” 3:2 hesabı ilə qalib gələ bilmişdi.

Həmin kateqoriyadan