- Baxış sayı: 82
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununu keçirib.
Allsport.az xəbər verir ki, Bakı təmsilçisi Türkiyənin Antalya bölgəsində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ikinci sınağına çıxıb.
Murad Musayevin komandası Ukraynanın “Vorskla” klubu ilə qarşılaşıblar. Oyun rəqib komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.