- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
“Sabah” daha bir futbolçunun keçidini rəsmiləşdirib. Allsport.az saytı xəbər verir ki, yamaykalı hücumameyilli yarımmüdafiəçi Kahim Parris Kiyev “Dinamo”sundan icarəyə götürülüb. Anlaşma cari mövsümün sonuna kimi nəzərdə tutulub. “Bayquşlar” sonda 23 yaşlı futbolçunu transfer etmək hüququna malik olacaq.
O, Yamaykanın “Kavalier” (2017-2019), Sloveniyanın “Domjale” (2019/2020), “Krka” (2020-2021), “Koper” (2021-2022) klublarında çıxış edib. Futbolçu 2022-ci ildən Ukraynada çıxış edib. Millidə vinger 10 matç keçirib.