- Baxış sayı: 20
- 06 Fevral 2026 15:54
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

Transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, almaniyalı vinger Coy-Lens Mikelslə 1+1 illik müqavilə bağlanıb.
Mikels daha öncə, 2021-2023-cü illərdə də “Sabah”ın uğurları üçün çalışmış, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer edilmişdi. Futbolçu komandaya azad agent kimi qoşulub.
“Sabah”da keçirdiyi 69 oyunda 33 dəfə fərqlənən Mikels, klubun heyətində ən çox qol vurmuş futbolçudur.