- Baxış sayı: 1
- 25 Noyabr 2024 19:46
- Baxış sayı: 12
- Noyabr 25, 2024
- 0
“Sabah” klubu ölkə çempionatının 13-ü turunda səfərdə “Turan Tovuz”u 3:2 məyus etdi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra “bayuşlar”ın qapıçısı Nicat Mehbalıyev açıqlama verdi:
“Əzələmdə dartınma vardı. Bu üzdən müəyyən narahatçılıq vardı. Bu gün qələbəyə köklənmişdik.
Düzdür, oyun çox sürətli başladı. Belə məqamlarda qapıçıların üzərinə çox yük düşür.
Elə məqam vardı, bir an boşalmaq olmazdı. İlk qolun ötürməsi məndən gəldi. Bu cür fərqlənməyim yadıma gəlmir”.