Bayraqdar baxışa nigeriyalı futbolçu çağırıb

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” baxışa yeni futbolçu dəvət edib. Allsport.az saytı xəbər verir ki, paytaxt klubu azad agent statusunu daşıyan nigeriyalı Jessi Sekidikanı yoxlayır. 

22 yaşlı yarımmüdafiəçi bu gün Rumıniyanın “Qaz Metan” klubu ilə yoxlama görüşündə meydana çıxacaq. Onun performansı məşqçilər korpusunu qane etsə, müqavilə imzalanacaq. O, Portuqaliyanın “Oyeras” klubunun yetirməsidi. O, 2014/15 mövsümündə “Benfika”nın 2-ci komandasına transfer olub.

Matç.az-ın məlumatına görə, Jessi 2016-cı ildə Serbiyanın “Napredak” klubuna transfer olaraq, peşəkar karyerasına başlayıb. 2018-ci ildə Türkiyə “Əskişəhərspor”una keçən yarımmüdafiəçi klubun transfer cəzasına görə meydana çıxa bilməyib və ayrılıb.

Həmin kateqoriyadan