- Baxış sayı: 28
- 29 Mart 2026 21:40
- Baxış sayı: 147
- Mart 29, 2026
- 0

“Neftçi”nin tibbi-bərpa mərkəzi zədəli futbolçularla bağlı məlumat yayıb. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi Edson Kastilyo sağ diz oynaq bağının dartılması və hissəvi qopması səbəbindən 3 həftəyədək yaşıl meydanlardan kənarda qalacaq.
Müdafiəçi Elvin Bədəlov diz oynağının iltihabı səbəbindən müalicə olunur. Onun yaxın günlərdə məşqlərə qatılacağı gözlənilir.