- Baxış sayı: 37
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0
“Neftçi” hazırlığın ilk hissəsini davam etdirir. Allsport.az saytı xəbər verir ki, dünən komanda İsmət Qayıbov adına təlim-məşq bazasında 2 dəfə meydançaya çıxıb.
Səhər çalışması fiziki, axşam məşqi texniki-taktiki olub. Bütün futbolçuların iştirak etdiyi məşqlərdə Dario Frederiko fərdi hazırlaşıb. Axşam məşqi azarkeşlər və KİV nümayəndələri üçün açıq olub.
Qeyd edək ki, komanda hazırlığın 1-ci mərhələsinə uyğun olaraq, bu gün də öz bazasında məşqlərini davam etdirəcək.