- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Qalib gəlsəydik belə, yenə növbəti görüşdə mütləq qələbə qazanmalı idik. Yəni, bu nəticə heç nəyi dəyişməyəcək”.
Allsport.az xəbər verir ki, bunu İsveçrənin “Bazel” komandasının baş məşqçisi Patrik Rahmen Kiprdə “Omoniya” ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA konfrans liqasının qrup mərhələsinin IV tur oyunu barədə “Telebasel” nəşrinə açıqlamasında deyib.
52 yaşlı mütəxəssis V turda “Kayrat”la Qazaxıstandakı görüşdə 3 xala ehtiyaclarının olduğunu bildirib: “Çünki “Qarabağ”ın daha çox xal itirəcəyini düşünmürəm. Biz öz oyunumuza baxmalıyıq. Hələlik qrup lideri olmaq şansımız var”.
4 oyundan sonra “Qarabağ” 10 xalla “H” qrupunda liderdir. “Bazel” 8 xalla 2-ci pillədə qərarlaşıb. Hər 2 komanda UEFA konfrans liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib.
V turda “Omoniya”nı qəbul edəcək Ağdam təmsilçisi sonuncu – VI turda “Bazel”in qonağı olacaq.