- Baxış sayı: 108
- 05 Yanvar 2026 23:19
- Baxış sayı: 307
- Yanvar 05, 2026
- 0

Dünyanın ən məşhur ailələrindən olan Bekhemlər arasında münasibətlər tamamilə qopub.
Allsport.az xəbər verir ki, ailənin böyük oğlu Bruklin Bekhem valideynləri Devid və Viktoriyanı, eləcə də qardaşlarını sosial şəbəkələrdə bloklayıb.
Kiçik qardaş Kruz Bekhem faktı təsdiqləyərək bildirib ki, bütün ailə üzvləri bir sabah oyandıqda Bruklin tərəfindən bloklandıqlarını görüblər.
Bruklinin qaynatası Devidin 50 illik yubileyini və anasının sənədli filminin premyerasını boykot edib.
Cütlük bayramı Bekhemlərlə deyil, ABŞ-də milyarder Peltz ailəsi ilə keçirib.
İnsayderlər gərginliyin 2022-ci ildəki toydan başladığını və Bruklinin artıq tamamilə Nikola Peltzin ailəsinin təsiri altına düşdüyünü bildirirlər.


