- Baxış sayı: 37
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Turan Tovuz” premyer liqanın 23-cü turunda səfərdə “Sumqayıt”la 0:0 hesablı heç-heçə edib. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov oyun haqda danışıb:
“Belə bir stadionda oynamaq xoş oldu. Sumqayıt şəhər olaraq buna layiqdir. Premyer Liqa komandalarının hamısında belə stadionun olması çempionatımıza rəng qatacaq. Qışdan sonra ən yaxşı komandaya qarşı oynayırdıq. Çünki “Sumqayıt” qış fasiləsindən sonra yaxşı start götürüb. Bu gün qol olmasa da hər saniyə mübarizə getdi, taktiki savaş oldu. Futbolçularım yaxşı çıxış etdi. Hücumda biraz da soyuqqanlı olsaydıq fərqli ola bilərdi. Ən yaxşı hücumlar bizrə oldu. 1 xal qazandıq. Çempionatın ən önəmli yerindəyik. Rəqibi uzaqlaşmağa qoymadıq. Özümüz də həmin yerlərdə qalmağa çalışırıq. “Sumqayıt”a uğurlar arzu edirəm”.