- Baxış sayı: 35
- 24 Noyabr 2024 15:47
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Monako qran-prisində qələbədən sonra Serxio Peresin müqaviləsi uzadılıb. Allsport.az saytı xəbər verir ki, “Red Bul“un sürücüsü 2024-ci ilə kimi müqaviləni imzalayıb. Avstriya komandasının direktoru Kristian Xorner bu haqda fikrini bölüşüb:
“”Red Bull”a qoşulandan Serxio fantastik iş gördü. O, dəfələrlə yaxşı komanda sürücüsü olduğunu sübut etdi və avtomobilimizdə özünü rahat hiss etdikdə rəqibləri ilə hesablaşmaq üçün əsl gücünü göstərdi. Bu mövsüm dünya çempionu Maks Ferstappenlə fərqi əhəmiyyətli dərəcədə aradan qaldırmaqla daha bir addım atdı.
Ciddədəki poul mövqeyi və Monakodakı qələbəsi bunu sübut edir. Belə bir vəziyyətdə müqavilə, sadəcə formal bir sənəd idi. Biz onun sürətini, bacarığını və təcrübəsini saxlamaq istəyirdik.
Beləliklə, Peresin 2024-cü ilə qədər komandamızda olacağını məmnuniyyətlə elan edirik. Maksla birlikdə onlar Formula-1-də bizə ən böyük qələbələri gətirə biləcək qoşa sürücülər olacaqlar”.
Aynur MEHDİYEVA