“Belə davam etsək, uçurumda olacağıq”

Misli premyer liqasının IV turunda “Neftçi” – “Qəbələ” oyunundan (2:0) sonra qonaqların baş məşqçisi Elmar Baxşıyev açıqlama verib. Allsport.az saytı sizi 43 yaşlı mütəxəssisin fikri ilə tanış edir:

“Bizi ağır oyunun gözlədiyini bilirdik. “Neftçi” yenilənib və heyətində yaxşı keyfiyyətlərə malik futbolçular var. Oyuna nəzarəti üzərimizə götürmək istəyirdik. Komanda 1-ci hissədə istədiyimizi meydanda verməyə çalışırdı.

Ani konsentrasiya itməsi ilə qollar buraxırıq. Belə davam etsək, uçurumda olacağıq. Komanda şəklində toparlanmalıyıq. Bu barədə komanda ilə daha ətraflı danışacağıq. Futbolçular bəzi epizodlarda futbol bacarığını göstərirlər, amma matçı nəticəyə çıxara bilmirlər.

Əvvəlki heyət 3 ilin komandası idi. Futbolçular bir-birinə uyğunlaşmışdı. İndiki heyəti də inanıb dəvət etmişik. Fərdi deyil, komanda şəklində daha da yaxşı olmalıyıq. Bəzi mövqelərdə güclənmək vacibdir”.

Həmin kateqoriyadan