- Baxış sayı: 41
- 27 Mart 2026 23:30
- Baxış sayı: 105
- Mart 27, 2026
- 0

Millimizin baş məşqçisi Ayxan Abbasov “FİFA sıralamsı–2026” beynəlxalq turnirdə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Sent Lüsiya futbolçuları ilə keçirilən oyundan (6:1) sonra mətbuat konfransında fikrini bildirib:
“Bu gün yağışlı havada bizi tək qoymayan azarkeşləri təbrik edirəm. Belə havada oynamaq çətin idi. Meydança ağırlaşdığından, hər iki komanda çətinlik çəkirdi. Erkən qol vurmaq istəyirdik və buna nail olduq.
Özümüzə inam baxımından bu qalibiyyət sevindiricidir. Syerra Leone ilə matça ciddi hazırlaşacağıq. Növbəti rəqibimiz daha güclüdür. Azarkeşlərimizi sevindirmək istəyirik”.