- Baxış sayı: 29
- 29 Mart 2026 21:30
- Baxış sayı: 148
- Mart 29, 2026
- 0

“FİFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Syerra Leone oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin futbolçusu Qismət Alıyev iştirak edib.
Allsport.az xəbər verir ki, müdafiəçi matçın önəmini vurğulayıb:
“Sabah bizim üçün daha bir önəmli oyun olacaq. Belə matçlar millətlər liqası öncəsi çox vacibdir. Sabahkı görüşdə ən yaxşısını etməyə çalışacağıq ki, xalqımızı sevindirək”.