“Belə nəticəni istəməzdim”

Maks Ferstappen, Bakıdadakı nəticədən özünü məyüs hiss edir. Allsport.az saytı xəbər verir ki, niderlandlı sürücü təkcə Şarl Leklerə (“Ferrari”) deyil, həm də komanda yoldaşı Serxio Peresə uduzaraq, yarışa 3-cü yerdən başlayacaq. Təsnifat mərhələsindən sonra “Red Bul” sürücüsü daha yüksək start mövqeyinə ümid etmədiyini etiraf edib.

Buna baxmayarq, maşının sürətinin yarışda qələbə uğrunda mübarizə aparmağa imkan verəcəyini vurğulayıb. Təsnifat mərhələsi haqqında sürücü fikrini belə bölüşdü:

“Son dövrəyə yaxşı başladım, lakin sonra bir az vaxt itirdim. Bəzi səhvlər etdim və ümumilikdə düzgün tarazlığı tapmaqda çətinlik çəkdim. Təbii ki, belə nəticəni istəməzdim. Komandamız startda 2-ci və 3-cü yerlərə yüksəldi.

Düşünürəm ki, sabahkı yarışda şanslarımız yaxşıdır. Sürətli dövrədə bolidə bir az sürət çatmadı. Üzün məsafədə maşın yaxşı vəziyyətdə olmalıdır”.

Aynur MEHDİYEVA

Həmin kateqoriyadan