- Baxış sayı: 19
- 27 Noyabr 2024 12:12
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
“Turan Tovuz” premyer liqanın 14-cü turunda səfərdə “Kəpəz”lə 0:0 edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov bunu deyib: “Gəncədə oynamaq xoşdur. Gözəl atmosfer var idi, yerli azarkeşlər komandalarına ruh verirdilər, bizim azarkeşlərimizə də xüsusi təşəkkürümü bildirirəm, həmişə olduğu kimi bizi tək qoymadılar, sona kimi dəstəklərilər.
Ağır qrafikdə idik. Son 3 oyun çətin idi. Yorğunluqdan əlavə çoxlu zədəlimiz var. Bəzi futbolçularımıza təşəkkür düşür. Risk etdik, bəlkə də yenidən zədələnə bilərdilər. Bu oyunun mahiyətini bilirdik ki, bizə xal lazımdır. Çünki bizdən aşağıda olan rəqiblər yaxınlaşır. Mübarizəli oyun oldu.
Belə oyunlarda epizodlar az olur. Hər iki tərəfin də fürsətləri oldu. Faislə var. Çalışacağıq ki, istirahəti də bərpanı da sağlıqlı şəkildə keçib növbəti oyunlarda bütün heyətlə oyunlara çıxaq. Növbəti oyunlara baxacağıq”.