- Baxış sayı: 34
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

21 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünü keçirib.
Allsport.az xəbər verir ki, U-21 səfərdə Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Baranoviçi şəhər stadionunda təşkil olunan matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin heyətində qolu 22-ci dəqiqədə Raul Məmmədov vurub.
Azərbaycan növbəti yoxlama görüşünü iyunun 8-də, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro yığmasına qarşı keçirəcək.