- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 174
- Mart 19, 2026
- 0

Belarusda Aleksandr Lukaşenkonun prezident seçilməsinə görə etiraz dalğası davam edir. Allsport.az xəbər verir ki, xalqın etirazına idmançılardan da qoşulanlar var.
BATE-nin hücumçusu Anton Saroka saxlanılanlar arasındadır. Məlumata görə, 28 yaşlı futbolçu avqustun 11-i polislərlə qarşıdurma zamanı tutulub.
Onunla yanaşı, xokkeyçi İlya Litvinov və MMA döyüşçüsü Aleksey Kudin saxlanılıblar. Litvinov sərəbəst buraxılsa da, digər idmançılardan məlumat yoxdur.
Aleksandr Lukaşenko 6-cı dəfə ölkə prezidenti seçilib. Xalq Minsk və digər şəhərlərdə etirazlar edir.