- Baxış sayı: 29
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

21 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının Belarus yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və başlama vaxtı müəyyənləşib.
Allsport.az xəbər verir ki, təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyunun 2-də Minskə yollanacaq U-21 ayın 4-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Baranoviçi şəhər stadionunda təşkil olunacaq görüş yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.
Milli hazırlıq çərçivəsində iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 komandası ilə yoldaşlıq görüşü keçirəcək.