- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 174
- Mart 19, 2026
- 0

Moskva ÇSKA-sının hücumçusu İlya Şkurin Belarus millisində oynamaqdan imtina edib. Allsport.az xəbər verir ki, 20 yaşlı hücumçu İnstqaram hesabında Belarus prezidenti “seçilən” Aleksandr Lukaşenkonun istefa verməyəcəyi halda, qərarını dəyişməyəcəyini qeyd edib:
“Sosial şəbəkədə millinin geniş siyahısına salınacağımı öyrəndim. Buna görə də cavabımı yazıram: Lukaşenkonun diktator rejimi qüvvədə olduğu müddət milli komandanın maraqlarını təmsil etməkdən imtina edirəm. Yaşasın Belarus!”
Aleksandr Lukaşenko 6-cı dəfə ölkə prezidenti seçilib.