- Baxış sayı: 32
- 21 Noyabr 2024 22:51
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Belarus yüksək liqasının 22-ci turunda futbolçular vurulan qolları prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayaya həsr ediblər. Allsport.az saytının məlumatına görə, dünən “Rux”un yarımmüdafiəçisi Oleq Nikiforenko fərqləndikdən sonra dayanıb, bir əlini yuxarı qaldırıb, yumruğa sarılıb və digər əli ilə “V” (azadlıq) jestini göstərib.
“Slutsk” və “Dinamo” arasında (1: 2) oyunda Minsk klubunun hücumçusu Yevgeni Şikavka da vurduğu qolu “V” jesti ilə qeyd edib. Bənzər hərəkət, Soliqorsk “Şaxtyor”u ilə matçda “İsloçi”nin oyunçusu Nikolay Yanuş tərəfindən nümayiş olunub.