- Baxış sayı: 99
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Avro-2024-ün seçmə mərhələsində keçirilən Belçika – İsveç oyunu ilə bağlı qərar verilib.
Allsport.az xəbər verir ki, UEFA yarımçıq dayandırılan görüşün davam etdirilməməsini məqsədəuyğun bilib.
Oktyabrın 16-da baş tutan matç zamanı Brüsselin mərkəzində atışma nəticəsində 2 nəfər öldürüldüyündən, komandalar ikinci hissədə meydana çıxmamışdılar. Həmin vaxt hesab 1:1 olub. Qitə futbol qurumu ikinci hissənin oynanılmamasını, 1:1-in yekun hesab kimi qəbul edilməsini qərara alıb.
Bu üzdən “F” qrupunda yer alan komandaların hərəsinə 1 xal verilib. Sarı vərəqələr və vurulan qollar qüvvədə saxlanılıb.