Belçika klubu “Qarabağ”la oyun öncəsi forvardının xidmətindən məhrum oldu

Belçikanın “Anderlext” klubunun qanalı hücumçusu Frank Açimponq Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunu buraxa bilər. Allsport.az xəbər verir ki, o, komandasının son məşqlərinin birində zədələnib.

Baş məşqçi Besnik Hasi bəyan edib ki, hücumçunun hansı müddətə sıradan çıxdığı hələ bəlli deyil. Amma ilkin ehtimallara görə, Açimponq üç həftə futbol oynaya bilməyəcək.

Qeyd edək ki, “Anderlext” – “Qarabağ” matçı dekabrın 10-dan 11-nə keçən gecə Brüsseldə keçiriləcək və saat 00:05-də start götürəcək.

Həmin kateqoriyadan