Bellingem ağır zədələnib

“Real Madrid”in ulduzu Cud Bellingem la liqanın 22-ci turunda “Rayo Valyekano” ilə matçda sol budundan ciddi əzələ zədəsi alıb.

Allsport.az xəbər verir ki, 22 yaşlı ingiltərəli yarımmüdafiəçinin yaşıl meydanlara qayıtması təxminən iki ay çəkəcək.

Bellingem cari mövsümdə “kral klubu”nun heyətində 27 oyunda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan