- Baxış sayı: 24
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Jirona” azad agent statusunda olan qapıçı Ruben Blanko ilə müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, bu ilin yanvarında “Marsel”dən ayrılan 30 yaşlı qolkiper İspaniya təmsilçisi ilə cari mövsümün sonuna qədər müqavilə bağlayıb.
“Jirona”nın bu addımı qapıçı mövqeyində yaranan məcburi ehtiyacla bağlıdır. Belə ki, qış transfer pəncərəsində “Barselona”dan icarəyə götürülən məşhur qapıçı Mark-Andre ter Ştegen yeni komandasında cəmi ikinci matçında sağ bud nahiyəsindən ciddi zədə alaraq sıradan çıxıb.