- Baxış sayı: 38
- 14 Aprel 2026 15:15
- Baxış sayı: 44
- Aprel 14, 2026
- 0

“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik premyer liqanın 26-cı turunda “Vest Hem”lə (1:1) heç-heçəni qiymətləndirib.
Allsport.az xəbər verir ki, mütəxəssis komandasının oyunundan tam razı qalmadığını bildirib:
“Gözlədiyimiz kimi, çətin oyun oldu. Ən yaxşı futbolumuzu nümayiş etdirməsək də, xarakter göstərib xal qazana bildik. “Vest Hem” müdafiədə çox sıx oynadı, bizə isə hücumda kəskinlik çatmadı. Hər bir xal önəmlidir, lakin səhvlərimizdən nəticə çıxarmalıyıq.”
Hazırda “Mançester Yunayted” 45 xalla 4-cü, “Vest Hem” isə 24 xalla 18-ci pillədədir.