- Baxış sayı: 37
- 14 Aprel 2026 15:15
- Baxış sayı: 44
- Aprel 14, 2026
- 0

Azərbaycan premyer liqasının XIX turunda “Karvan-Yevlax”ı qəbul edən “Turan Tovuz” 1:0 hesabı ilə qalib gəlib.
Allsport.az xəbər verir ki, bu, klub tarixinə premyer liqadakı 25-ci qələbə kimi düşüb.
Qərb təmsilçisi 63-cü ev sınağında 25-ə çatıb. Tovuz klubu ölkə çempionatlarında ən azı 25 ev qələbəsi əldə edən 30-cu komandadır.
“Turan Tovuz” 2022/23 mövsümündə debüt etdiyi premyer liqada ilk ev qələbəsini “Kəpəz” üzərində qazanıb. 2022-ci il sentyabrın 9-da keçirilən matçda meydan sahibləri 2 qola seviniblər.