Bellingem bu göstəricidə 3-cü oldu

2024-cü il Avropa çempionatının qrup mərhələsinin ilk turu çərçivəsində Serbiya – İngiltərə matçı keçirilib.

Allsport.az xəbər verir ki, “C” qrupunun görüşü 1:0 hesabı ilə Qaret Sautqeytin komandasının xeyrinə başa çatıb.

Matçda yeganə qolu Cud Bellingem vurub. Qarşılaşma zamanı o, 20 yaş 353 günlük idi.

Bellingem hazırda Avropa çempionatında qol vuran üçüncü ən gənc ingilisdir. Yalnız Avro 2000-də Maykl Ouen (20 yaş) və Avro-2004-də Ueyn Runi (18 yaş) daha gənc idi.

Həmin kateqoriyadan