Benzema klubdan ayrılır

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema yaxın vaxtlarda komanda ilə müqaviləsini ləğv edə bilər.

Allsport.az xəbər verir ki, 38 yaşlı fransalı futbolçu yeni sözləşmə ilə bağlı təklifdən narazı qaldığı üçün artıq klubun düşərgəsini tərk edib.

Tərəflər arasında yanvarın 28-də baş tutan görüşdə təqdim olunan şərtlər oyunçu və onun ətrafı tərəfindən qeyri-məqbul hesab olunub. Kərimin nümayəndələri yeni maliyyə şərtlərinin komandada faktiki olaraq ödənişsiz çıxış etməyə bərabər olduğunu iddia ediblər.

Benzemanın klubla hazırkı müqaviləsi cari ilin iyununda başa çatır. O, hələ ötən ilin yayında müqavilənin müddətinin uzadılmasını xahiş etdiyi, lakin rəhbərlikdən müsbət cavab almadığı vurğulanır.

Həmin kateqoriyadan