Benzianın qolu “Ferens Puşkaş” mükafatına namizəd oldu – VİDEO

FİFA tərəfindən cari ilin ən yaxşı qoluna veriləcək “Ferens Puşkaş” mükafatının namizədləri açıqlanıb.

Allsport.az xəbər verir ki, iddiaçılar arasında “Qarabağ”ın futbolçusu Yassin Benzianın da qolu var.

30 yaşlı yarımmüdafiəçinin Əlcəzair millisinin heyətində CAR yığmasının qapısına vurduğu qol ilin ən yaxşısı seçilə bilər.

Digər namizədlər arasında Həsən Əl-Haydos (Qətər – Çin), Terri Antonis (“Melburn Siti” – “Vester Siti Vonderers”), Valter Bou (“Lanus” – “Tiqr”), Mayko Çirinos (Kosta-Rika – Honduras), Pol Onuaçu (“Trabzonspor” – “Konyaspor”), Federiko di Marko (“İnter” – “Frosinone”), Alexandro Qarnaço (“Everton” – “Mançester Yunayted”), Məhəmməd Kudus (“Vest Hem” – “Frayburq”), Denis Omedi (KSK – “Kitara”) və Ceyden Filodcinin (“Roterhem” – “Hall Siti”) qolu var.

Həmin kateqoriyadan