Berluskoninin adına stadion?

Montsa şəhərində Silvio Berluskoninin adına stadion ola bilər

Allsport.az xəbər verir ki, bu təklif Montsa şəhər şurasında irəli sürüb.

“Silvio Berluskoninin adı şəhərimizin yaddaşında əbədi olaraq qalacaq, çünki onun rəhbərliyi altında “Montsa”nı “A” seriyasına yüksəlib və bitməsinə 6 tur qalmış liqada yerini təmin edib”, – təklifdə yazılıb.

Son aylar Berluskoni ağır xəstəliklə – leykozla mübarizə aparırdı. Onun ürək-damar və tənəffüs sistemlərində problemlər var idi.

Həmin kateqoriyadan