- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Formula1-in fəxri prezidenti Berni Ekklstoun BBC-nin radiosunun xüsusi qonağı olub. Allsport.az xəbər verir ki, britaniyalı milyardçı proqramda hazırkı vəziyyətlə bağlı çox radikal fikrini bölüşüb:
“İndi hər kəs tamamilə sağlamdır. Ancaq bu mövzu ətrafında çox söhbət var, çünki dünyada vəziyyət çox tez dəyişir və heç kim heç nədən 100 faiz əmin ola bilməz. Buna görə deyə bilərəm ki, indi hər şey qaydasındadır. Braziliyada fermamızdayıq. O, Sao Paulodan bir neçə saatlıq məsafədə yerləşir və ən yaxın qəsəbədə heç kim heç bir problem yaşamır. Ancaq hələ də ora çıxmırıq, evdə qalmağı üstün tuturuq.
Mən demişdim ki, bu il çempionatı keçirməkdən imtina edib gələn il yenidən başlamalıyıq. Ümid edirəm ki, belə bir fürsət olacaq. Çünki çempionatın etibarlı sayılması üçün bu il lazımi sayda yarış keçirmək imkanını görmürəm.
Mən biləni, ən azı, səkkiz yarış olmalıdır və “Liberti”nin onları keçirməyi bacara biləcəyini təsəvvür edə bilmirəm. Ancaq hesab edək ki, promouterlərlə danışıqlar apara bilərik və deyəcəklər: “Yaxşı, yarışı bağlı qapılar arxasında keçirəcək, bizə fərq etməz. Bu şəkildə hərəkət etmələri üçün bəzi maliyyə razılaşmalarına imza ata bilərsiniz.
Bundan sonra, bütün komandaları bu işdə iştirak edə biləcəklərinə inandırmalı olacaqsınız. “Baxarıq” deyə bilərlər. Ancaq yaxşı olmayacaq ki, kimsə xərc cəkib çempionatı keçirməyi boynuna götürsə, komandalar “Axı biz demişdik, iştirakımızı təsdiq edə bilmədik, bu barədə sizə məlumat verməyə hazırlaşırdıq” desinlər.