Berrettini ilə qarşılaşmada tennis ağaçını sındırdı

Rusiyalı Daniil Medvedev, Monte Karlo ustalar turnirinin 2-ci turunda italiyalı Matteo Berrettini ilə qarşılaşmada özündən çıxıb.

Allsport.az saytı xəbər verir ki, dünyanın 10-cu tennisçisi ilk seti 0:6 hesabı ilə uduzub və 2-ci setdəki səhvdən sonra əsəbini colovlaya bilməyib və raketkasını sındırdı.

O, tennis ağacını kortda bir neçə dəfə sərt şəkildə döyüb, onu götürüb tamamilə zədələnənə qədər yenidən atıb. Sonra raketkanı zibilə tullayıb və hakim ona xəbərdarlıq edib.

Rusiyanın ən yaxşı tennisçisi ATP turnirində ilk dəfə bir oyun qazana bilməyərək 0-6, 0-6 hesabları ilə yenilib.

Həmin kateqoriyadan