- Baxış sayı: 69
- 17 Sentyabr 2026 14:26
- Baxış sayı: 82
- Sentyabr 24, 2026
- 0

“Böyük dəbilqə” turnirlərinin dördqat qalibi Yannik Sinner Avstraliya açıq çempionatında ardıcıl 15-ci qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, turnirin startında fransalı Hüqo Qastonla qarşılaşan italiyalı tennisçi ilk iki setdə inamlı qələbə qazanıb (6:2, 6:1). Daha sonra rəqib zədə səbəbindən oyunu davam etdirə bilməyib.
Bununla da Y.Sinner 2000-ci ildən bəri sözügedən turnirdə ardıcıl 15 qələbə qazanan dördüncü oyunçu olub. İndiyədək bu nəticəni yalnız Andre Aqassi (ABŞ), Rocer Federer (İsveçrə) və Novak Cokoviç (Serbiya) göstərməyə müvəffəq olublar.