- Baxış sayı: 60
- 18 İyun 2026 00:32
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Karlos Əlqərəz ATP-nin yekun turnirinin qrup mərhələsindəki çıxışı sayəsində dünya reytinqində mövsümü birinci sırada başa vurmağı təmin edib.
Allsport.az xəbər verir ki, altıqat “Böyük dəbilqə” çempionu, bu nəticə ilə reytinqdə ikinci olan Yannik Sinner üçün əlçatmaz olub.
2025-ci ildə “Rolan Qarros” və “US Open” turnirlərinin qalibi olan Əlqərəz, bu uğuru “hər şey deməkdir” deyə şərh edib.
Tennisçi bildirib ki, mövsümün əvvəlində bu məqsəd uzaq görünsə də, komanda ilə gündəlik zəhmət sayəsində buna nail olub.