- Baxış sayı: 20
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 54
- Dekabr 05, 2025
- 0

Millimizin əski baş məşqçisi Berti Foqts yenidən ölkəmizə gələcək. Allsport.az saytı xəbər verir ki, amma bu dəfə bizdə işləməyə deyil, başqa məqsədlə. “Teryer” Dünya Kubokunun seçmə qrup mərhələsində Azərbaycan – Almaniya matçını Tofiq Bəhramov adına Respublika stadionundan seyr edəcək.
O, görüşü canlı yayımlayacaq RTL telekanalında ekspert kimi danışacaq. Bu məsələdə onu həmyerlisi, “Arsenal” klubunun keçmiş qapıçısı Yens Lemann tək qoymayacaq. Xatırladaq ki, Berti Foqts “ay-ulduzlular”ımızı 3 sikl, 2008-2014-cü illərdə çalışdırıb.