- Baxış sayı: 20
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 54
- Dekabr 05, 2025
- 0

“Beşikdaş” “Sabah”ın futbolçusu Ozan Can Kökçünü almağa çalışacaq. Allsport.az xəbər verir ki, “Feyenoord”da çıxış edən Orkun Kökçüdən əlini üzən “qara qartallar” onun əvəzinə qardaşını almaq fikrindədir.
Məlumata görə, super liqanın digər təmsilçisi “Kasımpaşa” da 21 yaşlı oyunçu ilə maraqlanır.
Ozan Can Kökçü Azərbaycanın U-21 millisinin üzvüdür. O, ötən il “Girəsunspor”dan “Sabah”a keçib.