- Baxış sayı: 31
- 06 Fevral 2026 10:17
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

İstanbul təmsilçisinin üç futbolçusu UEFA konfrans liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək ilk oyunu buraxa bilər.
Allsport.az saytı xəbər verir ki, “qara-qartalların” baş məşqçisi Şenol Günəş yerli mətbuata açıqlamasında deyib.
Hücumçu Cenk Tosun və əlcəzairli yarımmüdafiəçi Raşid Qezzal növbəti həftənin əvvəlindən məşqlərə başlayacaqlar. Onların Bakıdakı matçda oynayıb-oynamayacaqları hazırlıq durumlarından asılı olacaq.
Həmçinin, II raund çərçivəsində “Tirana” (Albaniya) ilə ötən gün keçirilən cavab görüşündə zədələnərək əvəzlənən yarımmüdafiəçi Necip Uysalın durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Avqustun 10-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Beşikdaş” oyunu saat 21:00-da başlayacaq.