- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Spartak” klubu “Beşikdaş”ın yarımmüdafiəçisi Jan Onana ilə maraqlanıb. Allsport.az saytı xəbər verir ki, Moskva klubunun nümayəndələri futbolçunun mümkün icarəsi ilə bağlı Türkiyə tərəfi ilə əlaqə saxlayıb.
“Ağ-qaralar”ın rəhbərliyi razılaşsa da, 23 yaşlı futbolçunun 1 illik icarəsi üçün 1 milyon avro istəyib. “Qladiatorlar” bu tələbləri çox yüksək hesab edərək, irəli sürülən şərtlərlə razılaşmayıb. Onana bu yay 4 milyon avroya “Lans”dən “Beşikdaş”a keçib.
Kamerunlu futbolçu ötən mövsüm Fransa klubunda 23 oyun keçirib və 4 sarı vərəqə alıb. Transfermarkt yarımmüdafiəçini 6 milyon avroya qiymətləndirir.