- Baxış sayı: 120
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Milli olimpiya komitəsinin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı və bundan sonra Azərbaycanın başlatdığı əks-hücum əməliyyatı haqqında qurumun rəsmi müraciətinə münasibət bildiriblər. Allsport.az saytı xəbər verir ki, beynəlxalq təşkilatlar münaqişənin tezliklə siyasi və hökumət səviyyəsində sülh yolu ilə ədalətli həllinin tapılacağına ümid etdiklərini vurğulayıblar.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə BOK, AOK, MOKA, İHİF-in rəhbər şəxslərinə oktyabrın 1-də müraciət ünvanlayıb. Müraciətdə Ermənistan hökumətinin 26 ildən artıq müddətdə davam edən sülh danışıqlarını kobudcasına pozması, son illərdə Azərbaycan xalqına və dövlətinə qarşı təxribatların törədilməsi, sentyabrın 27-dən başlayaraq işğal olunmuş Azərbaycan əraziləri ilə həmsərhəd bölgələrdə atəşkəs rejiminin kobud şəkildə pozulması, o cümlədən yaşayış ərazilərinin Ermənistan hərbi qüvvələri tərəfindən ağır artilleriya atəşi və raket hücumuna məruz qalması qeyd olunur. Mövcud beynəlxalq hüquq və prinsiplərə zidd olan bu təcavüz nəticəsində Azərbaycan tərəfindən qadınlar, qocalar və uşaqlar da olmaqla mülki şəxslərin, o cümlədən idmançıların həlak olduğu bildirilir.
Müraciətdə bildirilir ki, erməni hökumətinin beynəlxalq prinsiplər və olimpizm dəyərlərinə zidd olan bu hərəkəti Azərbaycan idman ictimaiyyəti arasında kəskin etiraza səbəb olub. Ermənistan tərəfinin insanlıq əleyhinə yönəlmiş bu kimi təcavüzkar hərəkətlərinin pisləndiyi müraciətdə beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün ölkəmizin beynəlxalq hüquq və prinsiplər çərçivəsində haqlı mövqeyini dəstəkləməyə çağırılır.