Beynelxalq konfransda ikitərəfli görüşlər

İyunun 26-da bədən tərbiyəsi və idman üzrə nazirlərin və yüksək vəzifəli şəxslərin VII beynəlxalq konfransı (MINEPS VII) konfransı çərçivəsində ikitərəfli görüşlərə start verilib.

Allsport.az saytı xəbər verir ki, bu gün gənclər və idman naziri Fərid Qayıbov Özbəkistanın gənclər siyasəti və idman naziri Adham İkramov, milli olimpiya komitəsinin baş katibi Oybəy Qasımovla da görüşüb. Toplantıda bizdən MOK-un baş katibi Azər Əliyev də iştirak edib.

Ardınca Hindistanın gənclərlə iş və idman nazirinin müavini Sujata Çaturvedi, nazirliyin idman üzrə direktoru Banqararaju VVKK Thatavarathi, səfir Sridharan Madhusudhanla, səfirliyin ikinci katibi Ajay Kumar Pandeylə də söhbət olub. Fərid Qayıbov, həmçinin Meksikanın bədən tərbiyəsi və idman üzrə dövlət komitəsinin beynəlxalq əlaqələr üzrə direktoru Xochitl Ramirez, səfir Viktoriya Romero, eləcə də ultramarafonçu Maria Lorena Ramirez və Jose Mario Ramirez Hernandezlə də görüşüb.

Görüşlər zamanı ölkələr arasında əməkdaşlıq istiqamətlərinin gücləndirilməsi, yeni təşəbbüslərinin dəstəklənməsi məsələləri müzakirə edilib.

Həmin kateqoriyadan