- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı sıradan çıxıb. Allsport.az xəbər verir ki, Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində “Kəpəz”ə qarşı oyunun əvvəlində zədələnərək əvəzlənmək məcburiyyətində qalan qolkiper bu gün tibbi müayinədən keçib.
Tibbi müayinə futbolçunun zədəsinin ciddi olmadığını üzə çıxarıb. Amma buna baxmayaraq, o, iki həftə komandasına kömək edə bilməyəcək.
Bu üzdən də Bezotosnı həm Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində keçiriləcək Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə səfər oyununda, həm də Premyer Liqanın 12-ci turunda “İnter”lə görüşü buraxmalı olacaq.