- Baxış sayı: 19
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
AFFA-nın, Biləsuvar icra hakimiyyətinin və uşaq-gənclər futbol federasiyasının birgə təşkilatçılığı ilə bu rayonda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
Allsport.az saytı xəbər verir ki, tədbirdə icra başçısı Faiq Qürbətov, AFFA-nın vitse-prezidenti Rauf Əliyev, Milli Məclisin deputatları Sabir Hacıyev, Bəhruz Məhərrəmov və Biləsuvar rayon gənclər və idman idarəsinin rəisi Azad Quliyev və digər rəsmi şəxslər iştirak edib.
Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.