- Baxış sayı: 29
- 01 Mart 2026 10:00
- Baxış sayı: 63
- Fevral 26, 2026
- 0

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Bolqarıstanın paytaxtı Sofiyada “Strandja” beynəlxalq turnirində finala yüksəlib. Allsport.az xəbər verir ki, 50 kq-da mübarizə aparan milli üzvü yarımfinalda Siyəvuş Məhəmmədiyevlə (Ukrayna) qarşılaşıb.
Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb. O, bu gün keçiriləcək həlledici döyüşdə Daniyal Sabitlə (Qazaxıstan) üz-üzə gələcək.
Digər boksçumuz Malik Həsənov (65 kq) isə “Strandja”nı bürünc medalla başa vurub.