- Baxış sayı: 33
- 22 İyun 2026 15:42
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Azərbaycan boksçusu Məhəmmədəli Aşırəliyev Bolqarıstanın paytaxtı Sofiyada “Strandja” beynəlxalq turnirində növbəti qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, 60 kq-da mübarizə aparan milli üzvü 1/8 finalda Yazal Hussam Seyfeli (Misir) mübarizədən kənarlaşdırıb.
O, rəqibini 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Azərbaycan çempionu 1/4 finalda Ayder Abduraimovla (Ukrayna) döyüşəcək. Görüş fevralın 27-də olacaq.
Aşırəliyevdən öncə Bilalhəbaşi Nəzərovla (50 kq) Zidan Hünbətov (55 kq) 1/4, Malik Həsənov (65 kq) 1/8 finala vəsiqə qazanıb.